Farfan karyerasını başa vurdu

Peru millisinin sabiq üzvü Cefferson Farfan karyerasını baş vurub.

Sportline.az xəbər veri ki, o, bu barədə öz sosial şəbəkə hesablarında yazıb. Farfan 38 yaşında futbolla vidalaşdığını bildirib:

"Bütün arzularımı həyata keçirdikdən sonra idmanla sağollaşmağın vaxtı gəldi. Həyatımın bu mərhələsini başa vurmalıyam. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Çox sağ ol, futbol".

Qeyd edək ki, Cefferson Farfan karyerası ərzində "Alyansa Lima" (Peru), PSV (Niderland),  "Şalke" (Alaniya) və "Lokomotiv" (Moskva, Rusiya) klublarında çıxış edib. Yığmada 102 oyun keçirən futbolçu 27 qol vurub.

Banner