Fatih Terim bu futbolçuları göndərir

Yenidən "Qalatasaray"da baş məşqçi kimi fəaliyyətə başlayan Fatih Terim islahatlara hazırlaşır.

SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis yanvar ayında üç futbolçunu komandadan göndərməyi planlaşdırır. Bunlar Tarik Çamdal, De Yonq və Yasmin Latovleviçidir.

Qeyd edək ki, F.Terim heyəti yeni legionerlərlə gücləndirmək niyyətindədir.