Federasiya prezidenti istefa verdi
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre istefa verib.
Sportline.az xəbər verir ki, o, qərarını qurumun İcraiyyə Komitəsinin iclası zamanı açıqlayıb. Funksioner 11 il bu vəzifədə çalışıb.
Xatırladaq ki, daha əvvəl Le Qre müsahibələrinin birində Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanla bağlı sualı cavablandıraraq, Zidan ona zəng etsə, telefona cavab verməyəcəyini bildirmişdi. Fransanın idman naziri Ameli Udea-Kasteranın tapşırığı ilə FFF-nin ümumi idarəçiliyi ilə bağlı audit yoxlamasına qədər Le Qrenin fəaliyyəti dayandırılmışdı. Le Qre daha sonra keçmiş futbolçudan üzr istəyib. Həmçinin futbol agenti Sonia Suid onu cinsi təcavüzdə ittiham edib.