Feliks Nimeça İngiltərədə çıxış edə bilər

"Borussiya Dortmund"un futbolçusu Feliks Nimeça karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 38 matçda 5 qol, 3 asistlə yadda qalıb.