"Fənərbağça" almaniyalı futbolçunu istəyir
"Borussiya Dortmund"un futbolçusu Yuliyan Brant karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, "Fənərbağça" 29 yaşlı yarımmüdafiəçi ilə ciddi şəkildə maraqlanır.
Y.Brant Almaniya klubundan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, "Aston Villa"da sözügedən oyunçuya elçi düşüb.