“Fənərbağça” argentinalı futbolçu ilə maraqlanır
İstanbul nəhəngi “Fənərbağça” yanvar ayında heyətinə bir neçə futbolçunu transfer edəcəklərini açıqlayıblar.
Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Boka Xuniyors”un 22 yaşlı futbolçusu Kristian Medina karyerasını “Fənərbağça”da davam etdirə bilər. “Boka Xuniyors” rəhbərliyi “Fənərbağça”dan 10 milyon avro tələb edib.
Argentinalı futbolçu “Fənərbağça”da çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, K.Medina bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qol və 1 asistlə yadda qalıb.