"Fənərbağça" axtardığını İtaliyada tapdı
“Fənərbağça” qapıçı axtarışındadır.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, “sarı lacivərt”lər “Speziya”nın şərəfini qoruyan Draqovskinin xidmətində maraqlıdırlar.
Polşalı qokiper üçün təklif göndərən Türkiyə klubu müsbət cavab ala bilməyib.
Buna səbəb olaraq isə İngiltərə “Natingem Forest”i və İtaliya “Epomli”sinin qolkiper üçün təklif göndərməsidir.
Qeyd edək ki, futbolçunun hazırki dəyəri 2 milyon avro olsa da “Speziya” klubu qolkiper üçün 5 milyon avro tələb edir.