"Fənərbağça" azarkeşlərinə qadağa qoyuldu

Türkiyə Super Liqasının 11-ci turunda "Tranzonspor" - "Fənərbağça" matçı böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, noyabrın 3-də keçiriləcək qarşılaşmada meydan sahibləri əlavə üstünlük qazanacaqlar.

Belə ki, qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq.

Ntvspor.net saytının yaydığı məlumata görə, İl Güvənlik Kurulu bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, ötən mövsüm keçirlən "Trabzonspor" - "Fənərbağça" görüşündə ev sahibinin fanatları meydana çıxaraq rəqib futbolçulara xəsarət yetirmişdilər.

Görünür, təşkilatçılar tribunalarda mümkün xoşagəlməz halların və yeni insidentin qarşısını almaq məqsədi ilə bu addımı atmaq qərarına gəliblər.