“Fənərbağça” beynəlxalq fasilədə Rusiya klubu ilə qarşılaşacaq

“Fənərbağça” rəhbərliyi bu dəfə “Zenit” klubunu İstanbula dəvət edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Fənərbağça” – “Zenit” yoldaşlıq matçı 15 noyabr saat 21:00-da Şükrü Saracoğlu stadionunda keçiriləcək.

Qeyd edək ki, biletlərin satışa çıxarılma tarixi yaxın günlərdə açıqlanacaq.