"Fənərbağça" Fransa klubunu məğlub etdi

Yeni mövsümün hazırlıqlarını Almaniyada davam etdirən "Fənərbağça" komandası növbəti yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, "Sarı-lacivərtlilər" Düsseldorfda yerləşən "Merkur Arena"da "Strazburq" komandası ilə qarşılaşıblar.

Görüş Türkiyə təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.4-0.

"Fənərbağça"nın qələbə qollarını Sebastian Şmanski, Duşan Tadiç, Ryan Kent və Edin Ceko vurub.

Qeyd edək ki, Mourinyonun rəhbərlik etdiyi komanda iyulun 23-də Çempionlar Liqasının 2-ci təsniat mərhələsində "Luqano" ilə səfərdə qarşılaşacaq.