"Fənərbağça" iki futbolçu ilə vidalaşacaq

"Fənərbağça" iki legionerlə yolları ayırmağı planlaşdırır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi heyətdəki əcnəbilərin sayını azaltmaq niyyətindədir.

İlkin mərhələdə Joao Pedro və Dieqo Rossi ilə iş birliyinə son qoyan "sarı-lacivərtlər"in Qustavo Enriki və Araonu da yola salacağı gözlənilir.

Qeyd edək ki, son mövsümü ikinci pillədə başa vuran "Fənərbağça"nın qarşıdakı sezondakı hədəfi çempionluqdur.