"Fənərbağça" "Liverpul"un ulduzunu istəyir

Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" diqqətini İngiltərəyə yönəldib. 

SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu "Liverpul"un futbolçusu Daniel Starrici transfer etmək niyyətindədir. 

Futbolçu ilə aparılan danışıqların müsbət nəticə verdiyi və onun Türkiyəyə köçməyə hazır olduğu deyilir.

"Fənərbağça" klubu 28 yaşlı hücumçunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Premyer Liqada çıxış edən bir neçə klubun da D.Starricin xidmətində maraqlı olduğu deyilir.