"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu istəyir

"Mançester Yunayted"in 24 yaşlı vinqeri Antoni yaxın günlərdə İngiltərə klubunu tərk edə bilər.

Sportline.az The Sun nəşrinə istinadla xəbər verir ki, braziliyalı oyunçunun xidmətində "Fənərbağça" klubu maraqlıdır.

Xəbərdə bildirilir ki, Mançester klubu oyunçunu icarə əsasında göndərməyə hazırdır.

Türkiyədə yay transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq.

Qeyd edək ki, Antoni ilə maraqlanan klublar arasında "Aston Villa", "Ayaks" və Səudiyyə Ərərbistanı klubları da var.