"Fənərbağça" millinin üzvü ilə maraqlanır

"Fənərbağça" transfer pəncərəsinin son günlərində daha bir futbolçunu heyətə qatmağa hazırlaşır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi bu dəfə dayaq yarımmüdafiəçisinin keççidini reallaşdırmaq niyyətindədir.

Söhbət Misirin "Əl-Əhli" klubunun yarımmüdafiəçisi Aliou Dienqdən gedir.

Misirlilər 25 yaşlı futbolçu üçün 4 milyona yaxın avro tələb ediblər.

Keçid baş tutsa Dienq "Fənərbağça"da keçirdiyi mövsüm üçün 1 milyon avro qazanacaq.