"Fənərbağça" Pepe üçün hərəkətə keçib

"Porto"dan ayrılmaq qərarına gələn brazilyalı futbolçu Pepe karyerasını Türkiyə Süperliqasında davam etdirə bilər.

Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" futbolçunun meneceri ilə görüşmələrə başlayıb.

28 yaşlı futbolçunun dəyəri 22 milyon avrodur.

Qeyd edək ki, Pepeni "Porto" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.