"Fənərbağça" - "Qalatasaray": Heyətlərdəki son durum

Türkiyə Süper Liqasında 14-cü tur İstanbul derbisi ilə əlamətdar olacaq.

Sportline.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Qalatasaray"la üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Çağlar Söyüncünün adı ilə bağlıdır.

"Cimbom"da isə itkilərin sayı kifayət qədərdir. İsmail Yakops, Yusuf Demir, Kaan Ayhan, Vilfred Sinqo, Berkan Kutlu zədə, Roland Şalayi isə cəza səbəbindən oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:00-da başlanacaq "Fənərbağça" - "Qalatasaray" görüşünü Yasin Kol idarə edəcək.