"Fənərbağça" Rusiya turniri ilə bağlı qərar verdi

"Fənərbağça" Rusiyada təşkil olunacaq turnirdə iştirakını təsdiqləyib.

Sportline.az sports.ru-ya istinadla xəbər verir ki, bu haqda İstanbul klubunun idarə şurasının üzvü Səlahəddin Baki məlumat verib.

O, "Biz Rusiyaya gedəcəyik. Hazırkı vəziyyətdə başqa qərar qəbul etməyə ehtiyac yoxdur", - deyib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə komandanın Edin Ceko da daxil olmaqla bəzi futbolçularının son hadisələrlə əlaqədar Sankt-Peterburqa yollanmaq istəmədiyi bildirilirdi.

İyulun 1-dən 15-dək keçiriləcək Matç PARI Premyer turnirində "Fənərbağça", "Zenit", "Srvena Zvezda" və "Neftçi" komandalarının iştirakı gözlənilir.