"Fənərbağça" "Spartak"ı yalançı çıxardı
"Fənərbağça"nın direktorlar şurasının üzvü Salahaddin Baki Moskva "Spartak"ının Luan Peres üçün təklif göndərmədiyini bildirib.
Sportline.az xəbər verir ki, klub rəsmisi bunu championat.com-a açıqlamasında deyib:
"Spartak" bununla bağlı bizə təklif göndərməyib. Bu haqda yayılan xəbərlər yalandır".
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2022-ci ildən "Fənərbağça"nın formasını geyinir.
Transfermarkt portalında braziliyalı futbolçunun dəyəri 5 milyon avro kimi göstərilir.