“Fənərbağça” xal itirdi

Türkiyə Süper Liqasının 9-cu turunun matçları davam edir.

Sportline.az xəbər verir ki, “Fənərbağça” səfərdə “Samsunspor”la qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Qolları Duşan Tadiç (24), Allen Sen Maksimen (62), Karlo Holse (48), Soner Aydoğdu (88) vurub.

Qeyd edək ki, “Fənərbağça” 17 xalla 4-cü, “Samsunspor” isə 19 xalla 3-cü pillədə qərarlaşır.