"Fənərbağça"da ayrılıq

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Erten Ersu ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə 26 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli qolkiper İstanbul təmsilçisini daha çox oynamaq istədiyi üçün tərk etdiyini bildirib.

Qeyd edək ki, Erten Ersu "Fənərbağça" Futbol Akademiyasının yetirməsidir.