"Fənərbağça"da Kartal dönəmi
"Fənərbağça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı İsmail Kartal çalışdıracaq. Onunla 1 illik müqavilə imzalanıb. Kartal bu vəzifədə iyunun 12-də istefaya göndərilən Jorje Jesusu əvəzləyib.
İsmail Kartal 2014-2015 və 2022-ci illərdə də "Fənərbağça"nın baş məşqçisi olub.