"Fənərbağça"da köklü islahatlar

“Fənərbaxça”nın bu yay yollarını ayıracağı futbolçularının adlarına aydınlıq gəlib.

Sportline.az “Fanatik”ə istinadən xəbər verir ki, klub rəhbərliyi 10 oyunçunu komandanın heyətində düşünmür. Həmin futbolçular arasında Maurisio Lemos, Marsel Tisserand, Harun Tekin, Filip Novak, Mbuana Samatta, Papis Çisse, Mame Tiam, Dieqo Perotti, Ferdi Kadıoğlu, Joze Sosa var.

Qeyd edək ki, “Fənərbağça” hazırda Superliqanın turnir cədvəlində 63 xalla 2-cidir. Komanda lider “Beşiktaş”dan 4 xal geri qalır. Lakin “Beşiktaş”ın ehtiyatda 1 oyunu da var.