"Fənərbağça"da yeni hücumçu

"Fənərbağça" növbəti transferini edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Tiaqo Çukuru heyətinə qatıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü müqavilə ilə "Uotford"a məxsus idi. O, ötən mövsüm icarə əsasında  "Donkaster Rovers"də (İngiltərə) oynayıb.