"Fənərbağça"dan Braziliyaya

“Fənərbağça” Joao Pedronu icarə əsasında “Qremio”ya göndərib. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Braziliya klubu futbolçunu transfer etmək şərti ilə heyətə qatıb.

“Fənərbağça” bu mövsüm ona ehtiyac duyulmadığını bildirib.

Qeyd edək ki, Joao Pedro “Fənərbağça” forması ilə çıxdığı 28 oyunda 5 qol və 1 asist ilə yadda qalıb.