"Fənərbağça"dan çətin qələbə
Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Konyaspor" "Ankaragücü"nü qəbul edib və 0:1 hesabı ilə uduzub. "Fənərbağça" "Ümraniyespor"un qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 41 xalla 2-ci, "Başakşehir" 37 xalla 3-cüdür.
23 yanvar
21:00. "Ümraniyespor" – "Fənərbağça" - 1:2
Qollar: Batşuayi, 73 (0:1), Nayir, 78 (1:1) Qlumak, 89-avtoqol (1:2)
Qırmızı vərəqə: Atasayar, 90+11 ("Ümraniyespor")
21:00. "Konyaspor" – "Ankaragücü" - 0:1
Qol: Zahid, 51