“Fənərbağça”dan “Hall Siti”yə

Acun Ilıcalının prezidenti olduğu “Hall Siti” “Fənərbağça”nın gənc ulduzunu heyətinə qatıb. 

Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Hall Siti” Bora Aydınlıkı icarə əsasında heyətinə qatıb.

Gənc hücumçu yeni mövsümdə İngiltərə klubunun şərəfini qoruyacaq. 

Qeyd edək ki, 18 yaşlı futbolçu karyerası ərzində keçirdiyi 26 rəsmi oyunda 7 qol vurub.