"Fənərbağça"dan İtaliya klubuna təklif
Türkiyənin "Fənərbağça" klubu “Yuventus”la müqaviləsi başa çatan Xuan Kuadradonun xidmətində maraqlıdır.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul təmsilçisi 35 yaşlı futbolçuya 2 illik müqavilə üçün 3 milyon avro təklif edib.
Kalumbiyalı müdafiəçi bu transferlə bağlı son qərarını həftə sonunda verəcəyini deyib.
Qeyd edək ki, Kuadrado bu il “Yuventus” forması ilə çıxığı 47 oyunda 2 qol və 4 asist müəllifi olub.