"Fənərbağça"dan Niderlanda
"Fənərbağça"nın 21 yaşlı futbolçusu Tiaqo Çukur Niderland komandalarından "Roda"ya transfer olunub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Ötən mövsümün ilk dövrəsini icarə əsasında Belçikanın "Beveren" , ikinci dövsərini isə "Ümraniyespor" komandasında keçirən Tiaqo Çukur ümumillikdə çıxdığı 28 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, gənc futbolçu 2022-ci ildə "Uotford"dan "Fənərbağça"ya 250 min avro qarşılığında transfer olunmuşdu.