"Fənərbağça"dan yeni transferlər
“Fənərbağça”nın prezidenti Ali Koç “Fənərbağça”lılar günündə azarkeşlərinə hədiyyə olaraq 2 futbolçunu trasnfer edib.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, “sarı lacivərtlər” “ Udineze”nin müdafiəçisi Rodriqo Beçao və “Dinamo Zaqreb”in qolkiperi Dominik Livakoviçin trasnferi ilə bağlı razılığa nail olublar.
“Fənərbağça” “Kristal Pelas”ın futbolçusu Vilfred Zahanı da transfer etmək niyyətindədir.
Qeyd edək ki, istanbullular bunadək Rayan Kent, Edin Dzeko, Aleksandr Dyuk və Umut Nayiri heyətinə qatmağı bacarıb.