"Fənərbağça"nın müdafiəçisi Fransa klubunun radarına düşüb
"Fənərbağça"nın qanalı müdafiəçisi Aleksandr Ciku "Renn" klubunun maraq dairəsindədir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Fransa təmsilçisi 29 yaşlı futbolçunun transferi üçün 10 milyon avro büdcə ayırıb.
Türkiyə klubu isə oyunçunu 20 milyona avrodan aşağı buraxmaq niyətində deyil.
Xəbərdə Joze Mourinyonun Cikunu komandada tutmaq istədiyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm "sarı-lacivərtlilər"lə 36 oyuna çıxan müdafiəçinin aktivində 3 qol və 2 asist var. Cikunun hazırki müqaviləsi 2026-cı ilə qədərdir