“Fənərbağça”nın 2 futbolçusu sıradan çıxıb
İstanbul nəhəngi “Fənərbağça”nın niderlandlı futbolçusu Ceydon Ostervolde və Cengiz Ünderin zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, C.Ünder 3-4 həftə, Ostervolde isə 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Hər iki futbolçunun müalicəsi davam edir.
Qeyd edək ki, “Fənərbağça” növbəti matçını Avropa Liqasında “Mançester Yunayted”ə qarşı keçirəcək. İstanbulda baş tutacaq görüş 23:00 da start götürəcək.