"Fənərbağça"nın braziliyalı futbolçusu ikinci liqa klubuna keçir
"Fənərbağça" ilə yollarını ayıran Joao Pedro yenidən İtaliyaya qayıdacaq.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, B Seriyasında çıxış edən "Salernitana" 32 yaşlı hücumçunu transfer etməyə yaxındır.
Salerno klubunun idman direktoru Gianluka Petraçi də bu transfer xəbərini təstiqləyib. Petraçi Pedroya komandada yer açılması üçün oyunçu göndərməli olduqlarını bildirib.
2022-ci ildə "Kalyari"dən "Fənərbağça"ya transfer olunan Pedro Türkiyə klubu ilə 28 oyunda 5 qol vurub, 1 asist edib.
Qeyd edək ki, Pedro ötən mövsümü icarə əsasında "Qremio"da keçirib.