"Fənərbağça"nın əfsanəsi klubdan ayrıldı

"Fənərbaxça” ilə məşqçi Volkan Dəmirəlin yolları ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Ali Koç mətbuat konfransında deyib.

O, Volkanın öz istəyiylə komandadan ayrıldığını bildirib.

Qeyd edək ki, Volkan Dəmirəl futbolçu karyerası ərzində 2002-2019-cu illərdə “Fənərbaxça”nın formasını geyinib.

O, qapıçı karyerasını bitirdikdən sonra doğma klubunda məşqçilik edirdi.