"Fənərbağça"nın futbolçusu İspaniyada

“Fənərbağça” klubunun təcrübəli futbolçusu Qustavo Enrike karyerasını "Valyadolid"də davam etdirəcək.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Fənərbağça” klubu rəsmi instaqram səhifəsində paylaşım edərək futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qustavo Enrike isə cavab olaraq “Kluba və azarkeşlərə təşəkkür edirəm” deyib. 

Qeyd edək ki, Qustavo Enrike ötən mövsüm “Fənərbağça” forması ilə meydana çıxdığı 23 oyunda 3 qol 2 asist ilə yadda qalıb.