"Fənərbağça"nın oyunçusu Belçika klubuna keçib

"Fənərbağça"nın misirli müdafiəçisi Omar Fayed karyerasını Belçikada davam etdirəcək.

Sportline.az Türkiyə klubunun rəsmi hesabına istinadla xəbər verir ki, Birşot klubu 21 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.

Onunla 1 illik müqavilə imzalanıb.

2023-cü ildə "Fənərbağça"ya transfer olunun Fayed ötən mövsümü Serbiyanın "Novi Pazar" klubunda keçirib.

Qeyd edək ki, karyerası ərzində 50 oyuna çıxan Omar Fayedin "sarı-lacivərtlilər"lə 2027-ci ilə qədər müqaviləsi var.