"Fənərbağça"nın planı

“Fənərbağça” rəhbərliyi yay transfer dönəmi öncəsi klubun maliyyə vəziyyətini gücləndirmək üçün vacib addım atıb. Klub rəhbərliyi vaxtı çatan borcların böyük hissəsini ödəyərək həm maliyyə yükünü azaldıb, həm də transfer hazırlıqlarını sürətləndirmək üçün əlverişli imkan qazanıb.

Sportline.az yerli mediaya istinadla xəbər verir ki, vaxtı çatan 90 milyon avrodan çox borcun təxminən 48 milyon avrosu ödənilib. İyulun 15-dək daha 35 milyon avroluq ödənişin həyata keçirilməsi planlaşdırılır. Rəhbərlik bütün öhdəlikləri vaxtında bağlayaraq klubun pul dövriyyəsini optimallaşdırmağı hədəfləyir.

Maliyyə vəziyyətinin sabitləşməsi transfer planlarına da müsbət təsir edib. “Fənərbaxça”nın əsas hədəfləri arasında “Borussiya Dortmund”un hücumçusu Serhou Guirassy və “Aston Villan”ın futbolçusu Ollie Vatkins yer alır.

Bildirilir ki, klub yeni maliyyə imkanları sayəsində bu transferlər üzrə danışıqlarda daha güclü mövqeyə sahib olub və yaxın günlərdə prosesin sürətlənəcəyi gözlənilir.

Banner