"Fənərbağça"nın rəqibi mövsümə uğurla start verib
"Fənərbağça"nın Çempionlar Liqasındakı rəqibi "Luqano" İsveçrə çempionatının ilk turunda "Qrassophers"lə qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş "Luqano" komandasının 2-1 hesablı qələbəsi ilə nəticələnib.
Meydan sahibləri ilk hissəni 0-1 hesabı ilə geridə başa vursalar da, fasilədən sonra geri dönüş etməyi bacarıblar. (Kasper 61, Bislimi 90+2// Morandi 25).
Qeyd edək ki, "Luqano"-"Fənərbağça" arasındakı keçiriləcək ilk oyun iyulun 23-də İsveçrədə olacaq.Cavab oyunu 1 həftə sonra İstanbulda gerçəkləşəcək.