"Fənərbağça"nın yeni transfer hədəfləri

Yeni mövsümdə çempionluğa iddialı "Fənərbağça" heyəti gücləndirməkdə davam edir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" bu məqsədlə İtaliyaya üz tutublar.

İstanbul nəhəngi ya "Milan"dan Rade Kruniç, ya da, "Bolonya"dan Nikolas Domingesi transfer etməyə hazırlaşır.

"Fənərbağça" rəhbərliyinin Kruniç üçün 7 milyon avro, Dominges üçün isə 12 milyon avro təklif etdiyi bildirilir.