"Fənərbağça"nın yeni transferi İstanbulda
"Fənərbağça"nın yeni transferi Fred artıq İstanbuldadır.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, braziliyalı futbolçu bu gün "sarı-lacivərdlilər"in düşərgəsinə qatılıb.
30 yaşlı yarımmüdafiəçi "Fənərbağça"ya 15 milyon avroya başa gəlib.
Qeyd edək ki, İstanbul nəhəngi Freddən əvvəl Edin Ceko və Duşan Tadiç kimi ulduzları da heyətə qatıb.