"Fənərbağça"ya yamaykalı müfadiəçi

"Fənərbağça" qadın futbol klubu Yamayka milli komandasının futbolçusu Konya Plummeri rənglərinə qatıb.

Sportline.az xəbər verir ki, klubdan verilən açıqlamada 27 yaşlı müdafiəçinin 2024/2025 mövsümündə "Fənərbağça" forması geyinəcəyi bildirilib.

Plummer son olaraq Meksikanın "Tiqres" klubunda çıxış edib.

Qeyd edək ki, sarı-lacivərtlilər ötən mövsüm Türkiyə Super Liqasında 66 xalla üçüncü yeri tutub.Çempion 71 xalla "Qalasataray" olub.