"Fənərbağça" Rafael Benitezlə maraqlanır

"Fənərbağça"da Xose Mourinyodan sonra daha bir ad gündəmə gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, klubun prezidenti Ali Koçla Rafael Benitez arasında görüş olub.

Son olaraq "Selta Viqo"da çalışan ispan mütəxəssis 2 ay öncə istefaya göndərilmişdi.

64 yaşlı baş məşqçi 2004/2005 mövsümündə "Liverpul"la Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Benitezin məşqçilik karyerası əzində 13 kubok qazanıb