Fərid Mansurov: “Görüləcək işlər çoxdur”
“Təbii ki, sevinirəm. Həmişə idmanda olmuşam, müəyyən nəticələr qazanmışam. Sonradan Azərbaycan Güləş Federasiyasında baş məşqçi və vitse-prezident kimi çalışmışam. İndi isə mənə daha məsuliyyətli bir iş tapşırılıb”. Bu sözləri SportLine.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri vəzifəsinə təyin olunan Olimpiya çempionu Fərid Mansurov deyib.
Ona tapşırılan işin məsuliyyətini dərk etdiyini deyən F.Mansurov, “Görüləcək işlər çoxdur. Nazirliyin işçiləri ilə birgə əl-ələ verib Azərbaycanda idmanında olan problemləri aradan qaldıracağımıza inanıram. Ümid edirəm ki, mənə bəslənən etimadı layiqincə doğruldacağam”, - deyə bildirib.