Fernando Musleranın maaşı artırılıb
"Qalatasaray" rəsmiləri Fernando Musleranın maaşını artırıblar.
Sportline.az xəbər verir ki, uruqvaylı qolkiper "Qalatasaray" klubu ilə yeni müqavilə imzalayıb.
Təcrübəli qapıçı Fernando Muslera bunadək illik 1,5 milyon avro maaş alırdısa indi 2,2 milyon avro alacaq.
Qeyd edək ki, "sarı-qırmızılar" Fernando Muslera ilə 1+1 illik müqavilə imzalayıblar.