Fernandu Santuş sualları cavablandıracaq

UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.

Millimizin açıq məşqi saat 17:00-da olacaq.

Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da başlanacaq.