"Feyenord" yeni transferi rəsmiləşdirdi

"Feyenoord" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Rotterdam təmsilçisi Cənubi Koreyadan olan Xvan İn Bömlə anlaşıb.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

Yarımmüdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində "Seul, "Rubin" və "Olimpiakos" komandalarının şərəfini qoruyub.