FIDE-nin prezidenti Bakıda

Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası işə başlayıb.

Sportline.az xəbər verir ki, toplantıda FİDE prezidenti Arkadi Dvorkoviç, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmilər iştirak edirlər.

İki gün davam edəcək iclasın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib. Prezident Şurasında 3 ölkə FIDE üzvlüyünə qəbul olunacaq. Həmçinin federasiyaların üzvlük haqqının azaldılması məsələsinə baxılacaq və şahmat yarışları üçün geyim dəstləri təsdiqlənəcək.

İclasda bir sıra beynəlxalq yarışların ev sahibləri müəyyənləşəcək.