FIDE prezidenti Teymur Rəcəbova kapitanlıq edəcək

Şahmat üzrə Onlayn Millətlər Kubokunda iştirak edəcək dünya yığmasının heyəti açıqlanıb.

Sportline.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadən xəbər verir ki, Teymur Rəcəbovun yer aldığı komandanın digər üzvləri də müəyyənləşib.

FIDE prezidenti Arkadi Dvorkoviçin kapitan olduğu komandanın tərkibində azərbaycanlı şahmatçıdan başqa, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da yer alıb. 

Ehtiyat heyətə isə perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova daxil edilib.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçiriləcək və 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.