FİFA Azərbaycan klublarının transfer xərclərini açıqladı

2021-ci ildə Azərbaycanın futbol klublarının ölkə xaricindən etdikləri transferlərin sayı və xərclədikləri məbləğ açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilib.

Klublar ölkədən kənarda çıxış edən 68 oyunçunu heyətinə qatıblar, 59-nu isə ölkə xaricinə göndəriblər.

Transferlərdə ümumilikdə 12 klub iştirakçı olub. Keçidlərə üs-üstə 700 000 ABŞ dolları xərclənib.

Klublar ötən il qadın futbolçu transfer etməyib və əvəzində 4 oyunçu ölkə xaricinə yollanıb. Həvəskar klublar isə 13 oyunçu alıbsa, 28-i ilə yollarını ayırıb. Bu keçidlərdə 4 klub iştirak edib.