FIFA Messi paylaşımını sildi
FİFA sosial şəbəkələrində Argentina millisinin hücumçusu Lionel Messini futbol tarixinin ən böyük oyunçusu adlandırıldığı paylaşımı silib.
Sportline.az xəbər verir ki, Kriştiano Ronaldonun bir çox fanatı yazının altına mənfi şərhlər yazdığı üçün qurum bu addımı atıb.
“Tarixin ən böyük oyunçusu haqqında mübahisə bitdi. Dünya Kubokunun ən yaxşı oyunçusunun mükafatı onun kolleksiyasını tamamladı. Böyüklük tamamlandı "deyə paylaşımda bildirilmişdi.
Qeyd edək ki, Argentina finalda Fransaya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.