FİFA-nın yeni reytinqi: Milli komanda mövqeyini qorudu

FİFA seçmə komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 8 xal itirsə də, mövqeyini qoruyub. Hesabında 380 xal olan Robert Prosineçkinin komandası 89-cu yerin sahibidir.

Siyahıya yenə Argentina millisi başçılıq edir. Braziliya 2-ci, Almaniya 3-cüdür:

1 (1). Argentina – 1644
2 (2). Braziliya – 1534
3 (3). Almaniya – 1443
4 (4). Çili – 1389
5 (5). Belçika – 1379
6 (6). Fransa – 1318
7 (7). Kolumbiya – 1312
8 (8). Portuqaliya – 1240
9 (9). Uruqvay – 1200
10 (10). İspaniya – 1162

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların reytinqi isə belədir:

3 (3). Almaniya – 1433
35 (35). Şimali İrlandiya - 786
42 (46). Çexiya - 684
81 (81). Norveç - 428
203 (202). San-Marino – 17

Qeyd edək ki, hesabında 851 xalı olan Türkiyə 26-cı yerdə qərarlaşıb.